Bayramov və Siyarto Macarıstan-Azərbaycan əməkdaşlığını yüksək qiymətləndirdi
Macarıstan və Azərbaycan arasında əldə olunan razılaşmalar ikitərəfli əməkdaşlığı daha da gücləndirəcək, regionda sabitlik və davamlı inkişafa töhfə verəcək. Bu barədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto Budapeştdə strateji dialoqun 3-cü iclasından sonra keçirilən brifinqdə bildiriblər.