Bayramov və Siyarto Budapeştdə görüşdü: İkitərəfli əlaqələr müzakirə olunur
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto arasında Budapeştdə təkbətək görüş keçirilir. Görüşdə ikitərəfli münasibətlər və strateji tərəfdaşlıq məsələləri müzakirə olunur.