Bayramov Budapeştdə: Macarıstan Azərbaycanın 3-cü ən böyük investorudur

Xarici işlər naziri Ceyhun Bayramovun Macarıstana işgüzar səfəri zamanı Macarıstan Prezidenti Tamaş Şuyok tərəfindən qəbul edilib. Görüşdə Azərbaycan və Macarıstan arasında strateji tərəfdaşlığın inkişafı məmnunluqla qeyd olunub və əməkdaşlığın müxtəlif sahələri üzrə perspektivlər müzakirə edilib.

Rock.News xəbər verir ki, Macarıstanın Azərbaycan iqtisadiyyatına yatırılan sərmayələr baxımından üçüncü ən böyük investor olduğu vurğulanıb. Əczaçılıq sahəsində yeni sərmayə planları nəzərdən keçirilib. Tərəflər həmçinin yaşıl enerji, tranzit-kommunikasiya və təhsil təqaüdlərinin verilməsi kimi məsələlərə də toxunublar. Görüşdə regional və çoxtərəfli platformalarda əməkdaşlığın gücləndirilməsinin vacibliyi vurğulanıb.