Bakıda Şəhərsalma Forumu: Azərbaycan Prezidenti strategiyanı açıqladı.
Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun XIII sessiyası (WUF13) ilə əlaqədar Təşkilat Komitəsinin növbəti iclası keçirilib. İclasda Prezident İlham Əliyevin təsdiq etdiyi milli inkişaf strategiyasında şəhərsalma fəaliyyətinin prioritet istiqamət olduğu vurğulanıb.
Rock.News xəbər verir ki, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Samir Nuriyev ölkəmizdə formalaşdırılmış müasir yanaşmaların iqtisadi dayanıqlılığın möhkəmləndirilməsinə, sosial rifahın artırılmasına və iqlim dəyişikliklərinə səmərəli uyğunlaşmanın təmin olunmasına xidmət etdiyini bildirib. O, Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı bərpa və quruculuq işlərinin Azərbaycanın şəhərsalma sahəsində strateji baxışını nümayiş etdirdiyini qeyd edib. Nuriyev həmçinin, WUF13-ün 2026-cı ildə Bakıda keçirilməsinin Azərbaycanın beynəlxalq şəhərsalma proseslərinə verdiyi töhfənin göstəricisi olduğunu vurğulayıb.