Bakıda güclü yağışlar aylıq normanı aşdı: Bölgələrə qar yağdı!
Dekabrın 9-dan başlayan güclü yağışlar Bakıda aylıq normanı 149% aşdı. Dağlıq rayonlara qar yağdığı bildirilir.
Rock.News xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Gülnarə Abbasovanın sözlərinə görə, Aralıq dənizi rayonlarından hərəkət edən siklonun təsiri nəticəsində ölkə ərazisində leysan xarakterli yağışlar müşahidə olunub. Dağlıq ərazilərə Kəlbəcər, Laçın, Qubadlı, Zaqatala və Şahdağa qar yağıb. Ölkənin şərq ərazilərində və Abşeron yarımadasında yağıntılar daha intensiv olub. Yarımadaya 44 mm yağıntı düşüb ki, bu da aylıq iqlim normasının 149%-ni təşkil edir. Ən çox yağıntı Qobustan və Biləsuvarda qeydə alınıb (31 mm).