Bakı Limanında ŞOK Həbslər: Korrupsiya İttihamı ilə Zaur Haşımov və Başqaları Saxlanıldı
Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanında çalışan iki əməkdaş, Zaur Haşımov və Fərrux Haqverdiyev, habelə Fariz Məhərrəmov adlı mülki şəxs Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində başlanan cinayət işi çərçivəsində həbs ediliblər. Onlar barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Rock.News xəbər verir ki, Dövlət Gömrük Komitəsinin Dəniz Nəqliyyatı və Enerji Resursları Gömrük Baş İdarəsinin əməkdaşları Heydər Eyvazov və Tamerlan Axundzadə də eyni cinayət işi çərçivəsində saxlanılıb. Onlar Cinayət Məcəlləsinin müxtəlif maddələri, o cümlədən qaçaqmalçılıq və vəzifə səlahiyyətlərindən sui-istifadə ilə ittiham olunurlar. Qeyd edək ki, bu iş üzrə ümumilikdə 6 nəfər ittiham olunur və dəymiş ziyanın həcminin 5 milyon manatdan çox olduğu ehtimal edilir. Dövlət Gömrük Komitəsinin Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin Liman Məntəqəsinin rəisi Fərid Usubov və Bakı Hövsan Beynəlxalq Ticarət Limanının rəisi Rəşad Daşdəmirov da saxlanılanlar arasındadır.