Azərbaycanın Taylanddakı Səfirliyi Rəsmi Açıldı: Yeni Era!

Dekabrın 11-də Azərbaycan Respublikasının Tailand Krallığındakı səfirliyinin rəsmi açılış mərasimi Banqkok şəhərində baş tutub. Bu hadisə iki ölkə arasında diplomatik əlaqələrin daha da möhkəmləndirilməsi istiqamətində mühüm addım kimi qiymətləndirilir.

Rock.News xəbər verir ki, açılış mərasimində xarici işlər nazirinin müavini Elnur Məmmədov iştirak edib. O, səfirliyin yerləşdiyi binanın önündə Azərbaycanın dövlət bayrağını qaldırıb. Daha sonra nazir müavini Elnur Məmmədov və tailandlı həmkarı Vijavat İsarabhakdi səfirliyin rəmzi açılışını bildirən lenti kəsiblər. Tədbir çoxsaylı rəsmi qonaqların iştirakı ilə ziyafətlə davam edib.