Azərbaycanda süni intellekt standartları açıqlandı: Media üçün yeni qaydalar!

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Medianın İnkişafı Agentliyi və AZCON Holding bir araya gələrək, media nümayəndələri üçün “Süni intellekt standartlarının media kommunikasiyası” mövzusunda təqdimat keçirib. Məqsəd, süni intellekt sahəsində qəbul edilən dövlət standartları barədə mediaya məlumat vermək və bu sahədə düzgün kommunikasiya mühitini formalaşdırmaqdır.

Rock.News xəbər verir ki, tədbirdə Azərbaycanda indiyədək qəbul edilmiş 8 süni intellekt dövlət standartı təqdim olunub. Bu standartlar terminologiyanın vahidləşdirilməsi, risklərin idarə olunması və etibarlılıq mexanizmlərinin təkmilləşdirilməsi kimi mühüm istiqamətləri əhatə edir. Standartlar ölkədə süni intellekt ekosisteminin düzgün və təhlükəsiz formalaşdırılması üçün əsas rol oynayır.