Azərbaycan və Britaniya arasında yeni nəqliyyat layihələri müzakirə olundu.

Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycan və Mərkəzi Asiya ölkələri üzrə ticarət elçisi Lord Con Olderdays ilə görüşüb. Görüşdə iki ölkə arasında nəqliyyat sahəsində əməkdaşlıq perspektivləri müzakirə edilib.

Rock.News xəbər verir ki, ticarət elçisinə son 20 ildə Azərbaycanda nəqliyyat və kommunikasiya infrastrukturuna yatırılan sərmayələr və həyata keçirilən layihələr barədə ətraflı məlumat verilib. Zəngəzur dəhlizinin tikintisi üzrə görülən işlər, eləcə də aviasiya, dəmir yolu nəqliyyatı, süni intellekt, kibertəhlükəsizlik kimi prioritet sahələr üzrə əməkdaşlıq imkanları müzakirə olunub.