Türk dövlətlərinin inteqrasiyası Azərbaycanın nəqliyyat dəhlizləri ilə güclənir

Azərbaycan müasir dəmir yolları, avtomobil yolları, hava limanları və dəniz limanları kimi nəqliyyat infrastrukturuna əhəmiyyətli sərmayələr yatırır. Ölkə Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin inkişafında mühüm rol oynayır.
Rock.News xəbər verir ki, bu fikirlər Azərbaycan Prezidenti İlham Əliyevin “Beynəlxalq nəqliyyat xətlərinin təhlükəsizliyinin təmin olunmasında xüsusi xidmət orqanlarının rolu” adlı beynəlxalq konfransın iştirakçılarına ünvanladığı müraciətdə yer alıb. Prezident qeyd edib ki, bu nəqliyyat və kommunikasiya xətləri təkcə iqtisadi rifah mənbəyi deyil, həm də Türk dövlətlərinin siyasi, mədəniyyət, təhlükəsizlik və müdafiə sahələrində daha sıx inteqrasiyası üçün əsas təşkil edir.