Sabirabad sakini İmişli karxanasında həlak oldu

İmişli rayonunda fəaliyyət göstərən çınqıl karxanasında ağır bədbəxt hadisə baş verib. Nəticədə bir nəfər həyatını itirib.
Rock.News xəbər verir ki, qeydə alınan hadisə zamanı Sabirabad rayon sakini, 1966-cı il təvəllüdlü Mansur Hüseyn oğlu Həsənov yük maşınına çınqıl yükləyən ekskavatorun qabaq hissəsinin başına dəyməsi nəticəsində ciddi xəsarət alıb. Yaralı xəstəxanaya çatdırılarkən yolda dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.