Qusarda yük maşını 87 yaşlı kişini vuraraq öldürüb

Qusarda 87 yaşlı kişi yük avtomobilinin altında qalaraq həyatını itirib. Hadisə zamanı avtomobil həyətdə qum boşaldarkən baş verib.

Rock.News xəbər verir ki, hadisə rayonun Urva kəndində qeydə alınıb. 54 yaşlı Gəray Tariquliyevin idarə etdiyi yük avtomobili 87 yaşlı Məhərrəm Şeydayevin evinə qum boşaldarkən, ev sahibi yıxılıb. Bu zaman geriyə hərəkət edən yük avtomobili onun üzərindən keçib. Nəticədə Məhərrəm Şeydayev hadisə yerində ölüb. Faktla bağlı araşdırma aparılır.