Bakıda Turan Masters Esports turniri və Turkic Game Jam finalı keçiriləcək
Bakıda Yaradıcı Həftə çərçivəsində yaradıcılıq sənayelərinin müxtəlif istiqamətlərini əhatə edən regional tədbirlər silsiləsi keçiriləcək. Tədbirlər İƏT və Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə baş tutacaq. Həftə ərzində müxtəlif klasterlər üzrə panellər, çıxışlar və təqdimatlar davam edəcək. Tədbir 5–11 dekabr 2025-ci il tarixlərində keçiriləcək.
Rock.News xəbər verir ki, GameTech klasteri üzrə əsas proqramı GHUB paneli, Turan Masters Esports turniri və Turkic Game Jam finalı təşkil edir. Proqram oyun sənayesinin inkişafına dair ekspert çıxışlarını və iştirakçı fəaliyyətlərini bir araya gətirir. 9 dekabr 2025-ci ildə GHUB paneli çərçivəsində oyun sənayesinin hazırkı göstəriciləri, tədris modelləri və ölkələrarası təcrübə mübadiləsi müzakirə olunacaq. Həmin gün Turan Masters Esports turniri və Turkic Game Jam hakatonunun final mərhələsi də baş tutacaq. Aprel ayında başlayan və beş ölkəni əhatə edən hakatonun yekun mərhələsində qalib komandalar öz layihələrini münsiflər qarşısında nümayiş etdirəcəklər.
Qeydiyyat üçün week.creative.az saytına daxil olmaq lazımdır.