Azərbaycanda sement tələbatı artır: İstehsal gücü 5 milyon tona çatacaq
Azərbaycanın sementə olan illik tələbatı artmaqdadır və yaxın illərdə 5 milyon tona çatacağı gözlənilir. Tikinti sektorundakı davamlı artım bu tələbatın yüksəlməsinə səbəb olur.
Rock.News xəbər verir ki, Alman-Azərbaycan Xarici Ticarət Palatasından (AHK) verilən məlumata görə, Azərbaycanın sement sənayesi Cənubi Qafqazda ən böyük sektordur və ölkənin tikinti materialları sənayesinin əsasını təşkil edir. Hazırda fəaliyyətdə olan dörd böyük zavod ölkədaxili tələbatı tam ödəyir və onların ümumi illik istehsal gücü 5,1 milyon tondur. Ölkədə tikinti sektorunda tələbatın artacağı proqnozlaşdırılır və bu səbəbdən sement ixracının mərhələli şəkildə azalması istisna edilmir. 2024-cü ildə Azərbaycan ümumilikdə 850,7 min ton sement klinkeri ixrac edib. Daxili tikinti və bərpa layihələrinin genişlənməsi ilə əlaqədar olaraq, yaxın illərdə prioritet daxili tələbatın tam təmin edilməsi olacaq.