Slovakiya Prezidenti: İlham Əliyevin səfəri strateji tərəfdaşlığı təsdiqləyir
Slovakiya Prezidenti Peter Pelleqrini Azərbaycan Prezidenti İlham Əliyevi Slovakiyada salamladığını və bu səfərin iki ölkə arasında strateji tərəfdaşlığı təsdiqlədiyini bildirib.
Rock.News xəbər verir ki, Peter Pelleqrini bu bəyanatı Prezident İlham Əliyev ilə birgə mətbuat konfransında verib. O, bu səfərin Azərbaycan Prezidentinin Slovakiyaya ilk rəsmi səfəri olduğunu vurğulayıb və bunun qarşılıqlı marağı ən yüksək səviyyədə təsdiqlədiyini qeyd edib. Slovakiya Prezidenti, həmçinin, strateji tərəfdaşlıq qurmaq və inkişaf etdirmək niyyətində olduqlarını ifadə edib.