Qubada Macar Turist Qarda ilişdi: Polis Xilas etdi
Qubada Xınalıq yolunda köməksiz qalan Macarıstan vətəndaşı xilas edilib.
Rock.News xəbər verir ki, ölkəyə turist kimi gələn Macarıstan vətəndaşı Quba rayonunun Xınalıq kəndindən qayıdarkən qarlı hava şəraiti səbəbindən avtomobili ilə yolda ilişib. Qımıl kəndi yaxınlığında yolun qarlı olması səbəbindən “Hyundai” markalı avtomobil hərəkət edə bilməyib. Quba Rayon Polis Şöbəsinin əməkdaşları ona köməklik göstərib və təhlükəsiz şəkildə hotelə yerləşdirilib.