Qırğız Heyəti Bakıda: "Abşeron" Ticarət Mərkəzində Biznes İmkanları Öyrənildi
Qırğızıstan Nazirlər Kabineti sədrinin müavini Bakıt Torobayevin rəhbərliyi ilə nümayəndə heyəti Bakıda "Abşeron" Ticarət Mərkəzində olub. Səfərin məqsədi iqtisadi və humanitar əməkdaşlıq üzrə Azərbaycan-Qırğızıstan birgə hökumətlərarası komissiyasının 6-cı iclasında iştirakdır.
Rock.News xəbər verir ki, qırğız nümayəndə heyəti ticarət mərkəzində Azərbaycanda kiçik və orta bizneslər üçün yaradılmış şəraitlə tanış olub. Görüşdə Qırğızıstanın 15-dən artıq nazirlik və digər dövlət qurumlarını təmsil edən nazir müavinləri, səfirlər və fond rəhbərləri iştirak ediblər.
“Abşeron” Ticarət Mərkəzi Müşahidə Şurasının üzvü Elnur Osmanov Mərkəz haqqında geniş təqdimat edib. Mərkəzin sahibkarlığa dəstəyi və müasir şəhərsalma prinsipləri əsasında inşa edildiyi qeyd olunub. 300 hektara yaxın ərazidə yerləşən Mərkəz 1500-dən çox mağazanı birləşdirir.
Təqdimatdan sonra qonaqlar ticarət mərkəzini gəzərək sahibkarlarla görüşüb, onlar üçün yaradılmış şəraitlə maraqlanıblar.