Qaz Təchizatı Aktları "MyGov"-da: Yeni Rəqəmsal İmkan
İndi vətəndaşlar qaz təchizatı ilə bağlı müayinə aktlarına “mygov” platformasında baxa biləcəklər. Bu yenilik İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi ilə “Azəriqaz” İstehsalat Birliyinin əməkdaşlığı sayəsində mümkün olub.
Rock.News xəbər verir ki, yeni inteqrasiya vətəndaşlara öz əmlaklarında aparılmış müayinənin nəticələrini rəqəmsal formada əldə etmək imkanı yaradır. Məlumatdan istifadə qaydası sadədir: “mygov” platformasına daxil olun, “Qaz təchizatı müayinə aktı” xidmətini seçin və müvafiq məlumatları əldə edin.
Qeyd edək ki, müayinə aktı, xüsusilə qaz təchizatına yeni qoşulma, qaz xətlərinin dəyişdirilməsi və ya köçürülməsi zamanı vətəndaşlardan tələb olunur.