Ölkəni Qarışdırdı: Kəlbəcərə Qar Yağdı, Bəzi Bölgələrə Leysan
Dekabrın 8-i səhər saatlarında ölkə ərazisində faktiki hava şəraiti açıqlanıb. Bəzi bölgələrdə intensiv yağıntılar, dağlıq ərazilərdə isə qar müşahidə olunur.
Rock.News xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, Kəlbəcər, Laçın, Qubadlı və Şahdağda qar yağır. Lənkəranda 21 mm, Sədərəkdə 18 mm, Astara 15 mm yağıntı düşüb. Bir sıra rayonlarda duman müşahidə olunur.
Sinoptiklər yağıntılı hava şəraitinin dekabrın 11-i səhərədək davam edəcəyini proqnozlaşdırırlar.