Netanyahu və Tramp Dekabrın 29-da Görüşəcək: İsrail-ABŞ Danışıqları

İsrail Baş naziri Benyamin Netanyahu və ABŞ Prezidenti Donald Trampın dekabrın 29-da bir araya gələcəyi gözlənilir. Görüş, iki ölkə arasında strateji əməkdaşlığın davamı kimi qiymətləndirilir.

Rock.News xəbər verir ki, bu məlumat İsrail hökumətinin mətbuat xidməti tərəfindən “Al Arabiyya” kanalına istinadən yayılıb. Bundan əvvəl Netanyahu'nun ABŞ-a bir neçə günlük səfəri ilə bağlı xəbərlər dərc olunmuşdu.