Masallıda 9 kəndin işığı sönəcək: Səbəb Təmir!

Bu gün Masallının bir sıra ərazilərində təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq.

Rock.News xəbər verir ki, "Azərişıq" Masallı Elektrik Şəbəkəsinin (EŞ) ərazisində 35 kV-luq "Xıl" hava xəttində təmir işləri aparılacağını açıqlayıb. Dekabrın 8-də saat 11:00-dan 13:00-dək Göyəçöl, Xıl, Qasımlı, Lürən, Musaküçə, Öncəqala, Sərçuvar, Şıxlar, Təzəkənd kəndlərinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Təmir işləri bitdikdən sonra həmin ərazilərə elektrik enerjisinin verilişi bərpa olunacaq.