Laçında yeni məktəb: Şagirdlər doğma yurdlarında təhsilə başladılar
Laçın şəhərində 2 nömrəli tam orta məktəb 2022-ci ildən fəaliyyətə başlayıb. Məktəb işğaldan azad edilmiş ərazilərdə təhsil infrastrukturunun bərpası proqramı çərçivəsində inşa edilib və müasir standartlara cavab verir.
Rock.News xəbər verir ki, məktəbdə hazırda 173 şagird təhsil alır, 19 müəllim və 12 texniki işçi çalışır. Məktəb binasında sinif otaqları, laboratoriyalar, informatika və texnologiya kabinetləri, hərbi hazırlıq otağı mövcuddur. Bu təhsil müəssisəsi şagirdlərin doğma yurdlarında keyfiyyətli təhsil alması üçün hər cür imkanı yaradır.