İsa Həbibbəyli: Tarix İnstitutu dünya arxivlərindən xəritələr tapdı

AMEA prezidenti İsa Həbibbəyli Tarix İnstitutunun dünya arxivlərindən əldə edilmiş xəritələrlə bağlı yeni bir atlas hazırladığını açıqlayıb.

Rock.News xəbər verir ki, bu barədə akademik “Azərbaycan dilinin dövlət dili kimi inkişaf strategiyası: Mövcud vəziyyət və perspektivlər” adlı konfransda çıxışı zamanı məlumat verib.

Onun sözlərinə görə, Sovet dövründən əvvəlki xəritələr Azərbaycan toponimlərinin dilçilik, coğrafiya və milli kimlik baxımından nə qədər geniş yayıldığını göstərəcək. Həbibbəyli Ümummilli lider Heydər Əliyevin ana dili siyasətinin bu gün Prezident tərəfindən davam etdirildiyini vurğulayıb.