İran sərhədində əməliyyat: 8 kq narkotik və iki nəfər saxlanıldı
İrandan Azərbaycana narkotik qaçaqmalçılığının qarşısı alınıb, iki nəfər saxlanılıb. Onlardan ümumi çəkisi 8 kiloqramdan çox narkotik vasitə götürülüb.
Rock.News xəbər verir ki, Dövlət Sərhəd Xidməti sərhədlərin etibarlı mühafizəsini təmin etmək üçün qaçaqmalçılığa və narkotiklərlə mübarizəyə yönəlmiş tədbirləri davam etdirir.
“Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində keçirilən əməliyyat nəticəsində Gəncə sakini Tayfur Zərgərov və Ağdam sakini Ayxan Aslanov saxlanılıb. Onların üzərindən 4 kiloqram 330 qram marixuana aşkarlanıb.
Bundan əlavə, dekabrın 6-da sərhəd naryadı tərəfindən həmin ərazidə daha 4 kiloqram 126 qram marixuana aşkar edilib.
Faktlarla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.