İcra Məmurlarının Haqq Hesablama Meyarları Təsdiq Edildi

Nazirlər Kabineti xüsusi icra məmurunun standart və əlavə icra haqqının hesablanması meyarlarını və hədlərini, habelə standart haqq üzrə avansın məbləğini təsdiqləyib.

Rock.News xəbər verir ki, qərara əsasən, standart haqq icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ödənilməsi, xüsusi icra məmurunun və işçilərinin əməyinin ödənilməsi üçün nəzərdə tutulub. Qərarda müxtəlif pul tələblərinə dair icra sənədləri üzrə standart haqqın hesablanma qaydaları və digər detallar əksini tapıb. Həmçinin əmlak tələblərinə dair icra sənədləri üzrə standart haqqın sabit hissəsi fiziki və hüquqi şəxslər üçün müəyyən məbləğlərdə təsdiq edilib.