Gürcüstan və Ermənistan Parlamentləri Tbilisidə Bir Araya Gəldi: Sülh Prosesi Müzakirəsi
Gürcüstan və Ermənistan parlamentlərinin xarici əlaqələr komitələrinin illik birgə iclası Tbilisidə baş tutub. İclasda iki ölkə arasındakı münasibətlər, strateji tərəfdaşlığın vacibliyi və iqtisadi əməkdaşlığın möhkəmləndirilməsi imkanları müzakirə edilib.
Rock.News xəbər verir ki, tərəflər regional təhlükəsizlik, cari çağırışlar və bölgədə sabit və dinc şəraitin yaradılmasına töhfə verəcək gələcək addımlar ətrafında fikir mübadiləsi aparıblar. Ermənistan parlamentinin üzvləri Bakı və İrəvan arasında davam edən sülh prosesi barədə danışıblar. Gürcüstan parlamentinin xarici əlaqələr komitəsinin sədri Nikoloz Samxaradze iclasdan sonra müzakirələrin səmərəli keçdiyini bildirib.