Gürcüstan tranzit nömrə rüsumlarını ŞOK qiymətə qaldırır!

Gürcüstan Daxili İşlər Nazirliyi Xidmətlər Agentliyi, xarici vətəndaşlar üçün nəqliyyat vasitələri ilə bağlı rüsumlarda ciddi artımlar tətbiq etməyə hazırlaşır. Yeni qanun layihəsinə əsasən, tranzit nömrələrinin rüsumu 50 laridən (32 AZN) 370 lariyə (233 AZN) yüksəldiləcək, bu isə avtomobil ixracı ilə məşğul olanlar üçün əlavə xərc deməkdir.

Rock.News xəbər verir ki, Gürcüstanda alınan və ya təkrar ixrac üçün nəzərdə tutulan nəqliyyat vasitələri üçün ekspertiza aktının rüsumu 180 lari (113 AZN) olacaq. Bu rüsum əvvəl 100 lari (63 AZN) idi. İxrac və ya təkrar ixrac üçün nəzərdə tutulan nəqliyyat vasitəsi üçün gömrük bəyannaməsinin doldurulması rüsumu isə 130 laridən (82 AZN) 200 lariyə (126 AZN) qədər artırılacaq. Bu dəyişikliklər, Gürcüstandan Azərbaycana avtomobil ixracını da təsir edə bilər, belə ki, bu ilin yanvar-oktyabr aylarında bu ixracın dəyəri 181 milyon ABŞ dolları təşkil edib.