DGK: "Yaşıl Dəhliz"dən İstifadə Azalmasının Şəffaf Səbəbləri Açıqlandı
Rock.News xəbər verir ki, bu barədə DGK sədrinin müavini Natiq Şirinov "Gömrük-Biznes Forumu 2025: Dialoq və Etimad" adlı tədbirdə məlumat verib.
Onun sözlərinə görə, DGK kollegiyası tərəfindən risk meyarları təsdiqlənib. Sahibkarların "Yaşıl Dəhliz"ə müraciəti ilə bağlı konkret risk meyarları müəyyənləşib. Bütün risk parametrləri üzrə hər hansı bir risk müəyyən edilmirsə, "Yaşıl Dəhliz" iştirakçısı statusu ilə bağlı sənəd verilir. Əks təqdirdə, risklər barədə sahibkara məlumat verilir və düzəlişlərdən sonra yenidən müraciət etmək imkanı yaradılır. Bu proses şəffaf şəkildə həyata keçirilir.
Natiq Şirinov qeyd edib ki, "Yaşıl dəhliz"dən istifadə səviyyəsinin aşağı düşməsinin səbəbi kiməsə status vermək istəməmək deyil, sadəcə olaraq açıq və şəffaf risk parametrlərinin müəyyən olunmasıdır.