DGK Şefi: Xaricdən Gətirilən Mallar Bəzən Gizlədilir – Şok Faktlar!
Bəzi Azərbaycan vətəndaşları xaricdə pul xərcləməyə meylli olsa da, malların bəyan edilməsindən yayınmağa çalışırlar.
Rock.News xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin (DGK) sədri Şahin Bağırov jurnalistlərə açıqlamasında bildirib.
O qeyd edib ki, vətəndaşlar qanunlara uyğun şəkildə malları gətirməli və bəyan etməlidirlər. Bağırov əlavə edib ki, əgər mallar bəyan edilərsə, problem olmayacaq. Azərbaycana istənilən əşyanın – geyim, telefon, mobil cihaz və s. – gətirilməsinə məhdudiyyət yoxdur (qanunla qadağan edilmiş əşyalar istisna olmaqla). Sadəcə, prosedurlar var: onları bəyan etmək və gömrük rüsumlarını ödəmək lazımdır.