Bakıda qətl: Rəşad Əmirov arvadını öldürdü, 17 il həbs cəzası aldı
Bakıda həyat yoldaşını qətlə yetirməkdə təqsirləndirilən Rəşad Əmirovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Məhkəmənin hökmü ilə Əmirov 17 il müddətinə azadlıqdan məhrum edilib.
Rock.News xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmir Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə Rəşad Əmirovun cəzası elan olunub. Dövlət ittihamçısı onun 18 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.
Hadisə may ayında Bakının Nizami rayonunda baş verib. Ləman Əmirovanın yaşadığı mənzildə aldığı xəsarətlərdən ölməsi ilə bağlı polisə məlumat daxil olub. Araşdırmalar nəticəsində Ləman Əmirovanın həyat yoldaşı Rəşad Əmirov tərəfindən döyülərək qətlə yetirildiyi müəyyən edilib. Rəşad Əmirov saxlanılaraq istintaqa cəlb edilib və ona Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.