Azərbaycanda Aqrar Ticarət: İdxal İxracı Ötdü - Rəqəmlər Şokda!

Azərbaycanda kənd təsərrüfatı məhsullarının ixracı son beş ildə 43%, son on ildə isə 2,9 dəfə artıb. Lakin idxal hələ də ixracı üstələyir.

Rock.News xəbər verir ki, bu barədə kənd təsərrüfatı nazirinin müşaviri Zaur Əliyev "Gömrük Biznes Forumu 2025" adlı tədbirdə məlumat verib. O, 2025-ci ilin ilk 10 ayında kənd təsərrüfatı məhsullarının ixracının 875,1 milyon ABŞ dolları təşkil etdiyini, əsas ixrac məhsullarının isə meyvə (57%), tərəvəz (23%) və pambıq lifi (16%) olduğunu bildirib. 2024-cü ildə kənd təsərrüfatı məhsullarının idxalı 1,08 milyard ABŞ dolları, ixracı isə 948 milyon ABŞ dolları təşkil edib.