Avropa İttifaqı İlon Maskın “X” platformasına cavab verdi

Avropa İttifaqı (Aİ) sahibi olduğu “X” platformasının cərimələnməsinə qarşı çıxan İlon Maskın iddialarına cavab verərək platformanın qanunlara zidd hərəkət etdiyini bildirib.

Rock.News xəbər verir ki, Aİ sözçüsü Paula Pinho blok platformanın qanuna uyğun əməl etmədiyini təkrarlayıb və “İcazə verin deyim ki, tamamilə sərsəmcəsinə söylənilən bəyanatları paylaşmaq da söz azadlığının bir hissəsidir” deyib.

Xatırladaq ki, Aİ daha əvvəl “X” şirkətini 120 milyon avro məbləğində cərimələmişdi, bu isə İlon Maskın ciddi etirazına səbəb olmuşdu. Mask hətta Avropa İttifaqının ləğv edilməsinə də çağırış etmişdi.