Avropa İttifaqı ABŞ-ın müdaxiləsini qəbul etməyəcəyini bildirdi

Avropa İttifaqı (Aİ) Şurasının prezidenti Antonio Koşta ABŞ-ın milli təhlükəsizlik strategiyası ilə bağlı sənədə münasibət bildirərək, blokun işlərinə müdaxiləni qəbul etməyəcəklərini qətiyyətlə vurğulayıb.

Rock.News xəbər verir ki, Koşta ABŞ-ın Avropa siyasətinə müdaxilə etmək və kimin yaxşı, kimin pis olduğuna qərar vermək səlahiyyətində olmadığını bildirib. O, həmçinin ABŞ-ın Avropanın ifadə azadlığı vizyonunu təyin edə bilməyəcəyini vurğulayıb.

Koşta əlavə edib ki, Rusiyanın Vaşinqtonun milli təhlükəsizliklə bağlı yeni strategiyasını müsbət qarşılaması narahatedici haldır.

Xatırladaq ki, Ağ Ev tərəfindən yayımlanan ABŞ-ın milli təhlükəsizlik strategiyası sənədində Vaşinqtonun Qərb yarımkürəsində dominant qüvvə olması və Avropa daxilində müqavimətin formalaşdırılmasının vacibliyi qeyd olunur.