Anar Zərdabinin İçərişəhərdəki heykəlinin yerinin dəyişdirilməsini təklif etdi

Xalq yazıçısı Anar Rzayev Həsən bəy Zərdabinin İçərişəhərdəki heykəlinin Pedaqoji Universitetin bağına köçürülməsini təklif edib.

Rock.News xəbər verir ki, Anar Rzayev bu təklifi “Azərbaycan dilinin dövlət dili kimi inkişaf strategiyası: Mövcud vəziyyət və perspektivlər” adlı konfransda səsləndirib. Yazıçı heykəlin Milli Ensiklopediyanın binası önündə restoranın "qapıçısı" kimi göründüyünü bildirib.