AMB Lənkəranda jurnalistlər üçün təlim keçirdi: Kapital bazarları öyrənildi

Azərbaycan Mərkəzi Bankı (AMB) maliyyə və mərkəzi bankçılıq sahəsində məlumatlılığı artırmaq məqsədilə media nümayəndələrinin peşəkar inkişafını dəstəkləyir. Bu çərçivədə Lənkəranda jurnalistlər üçün “Kapital bazarlarının əsasları” mövzusunda təlim keçirilib.

Rock.News xəbər verir ki, təlim ölkəmizdə milli mətbuatın yaranmasının 150-ci ildönümü münasibətilə keçirilən tədbirlərin davamı olub. 20-dən çox jurnalistin iştirak etdiyi təlimdə Mərkəzi Bank nümayəndələri kapital bazarlarının əsas anlayışları, funksiyaları, bazar infrastrukturunun fəaliyyəti və maliyyə alətləri haqqında təqdimat ediblər. Tənzimlənmə və nəzarət təşəbbüsləri də müzakirə olunub. Təlimin sonunda suallar cavablandırılıb.

Media nümayəndələri Lənkəran Tarix-Diyarşünaslıq Muzeyini də ziyarət ediblər. Səfər iştirakçıların biliklərini artırmaqla yanaşı, bölgənin tarixi potensialı ilə tanışlıq imkanı yaradıb.