Sikorski: Dmitriyev və Mask Avropanı parçalamaq istəyir

Polşa Xarici İşlər Naziri Radoslav Sikorski Rusiya Birbaşa İnvestisiya Fondunun rəhbəri Kirill Dmitriyevi və “Tesla”nın sahibi İlon Maskı Avropanı parçalamaq niyyətində olmaqda ittiham edib.

Rock.News xəbər verir ki, bu barədə nazir “X” sosial şəbəkəsində yazıb.

Sikorskinin sözlərinə görə, hər iki şəxs Avropa ölkələri arasında parçalanma yaratmaqla qitəyə “hakim olmaq və onu istismar etmək” istəyir.