Leyla Əliyeva və Arzu Əliyeva Banqladeşdə Nobel Laureatı Yunusla Görüşdü
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva Banqladeşin paytaxtı Dəkkə şəhərinə səfər edərək Nobel Sülh Mükafatı laureatı Məhəmməd Yunusla görüşüblər.
Rock.News xəbər verir ki, görüş zamanı Prezident İlham Əliyevin salamları M. Yunusa çatdırılıb. Söhbət zamanı Azərbaycanın Banqladeşlə dostluq əlaqələri və əməkdaşlığı vurğulanıb.
Məhəmməd Yunus Azərbaycan Prezidenti ilə görüşlərini məmnunluqla xatırladığını bildirib və salamlarını dövlət başçısına çatdırmağı xahiş edib. O, iki ölkə arasında səmərəli əməkdaşlıq üçün böyük potensialın olduğunu qeyd edib.
Leyla Əliyeva və Arzu Əliyevanın Dəkkədə fəaliyyət göstərən valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün müəssisəni ziyarət etdikləri də məlumat verilib.