Heqset: Tramp Putin və Si ilə dialoqa hazırdır
ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putin və Çin lideri Si Cinpin ilə dialoqdan imtina etmir.
Rock.News xəbər verir ki, bu barədə Pentaqon rəhbəri Pit Heqset Kaliforniyada təşkil edilən forumda çıxışı zamanı bildirib.
“40-cı ABŞ prezidenti Ronald Reyqan kimi, Prezident Tramp da Vladimir Putin və Si Cinpin də daxil olmaqla rəqibləri ilə danışmağa hazırdır. Bu, zəiflik yox, güc əlamətidir. Vaşinqtonda bəziləri Trampı buna görə tənqid etməyi sevirlər. Amma tənqidçilər Ronald Reyqanın da eyni şeyi etdiyini və ABŞ-ın bundan faydalandığını unudurlar”, - deyə Heqset qeyd edib.