Batabat Yaylasını Qarla Örtdü: Hava Anomaliyası Naxçıvanda!
Naxçıvan Muxtar Respublikasında qeyri-sabit hava şəraiti hökm sürür. Batabat yaylağına gözlənilmədən qar yağıb.
Rock.News xəbər verir ki, ötən gün axşam saatlarından etibarən bölgənin şəhər və kəndlərinə yağış, yüksək dağlıq ərazilərinə isə qar düşüb.
Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, Ordubad rayonunun Parağaçay qəsəbəsində 2500 metr yüksəklikdə və Şahbuz rayonunun Batabat yaylağında qar müşahidə olunur.