Almaniya kansleri Merz İsrailə səfər etdi: Raket sövdələşməsi gündəmdə?
Almaniya kansleri Fridrix Merz dekabrın 6-da İsrailə səfər edib. Səfərin əsas məqsədi iki ölkə arasında əməkdaşlığı müzakirə etməkdir.
Rock.News xəbər verir ki, Merz Yerusəlimdə İsrail prezidenti İsxak Hersoq tərəfindən qəbul olunub. Görüşdə tərəflər ikitərəfli münasibətlərin 2025-ci ildə tamam olacaq 60 illik yubileyini qeyd ediblər.
Hersoq Almaniyanın İsrail istehsalı olan "Hetz-3" raketlərini quraşdırmasının Almaniya və Avropa üçün müdafiə baxımından əhəmiyyətini vurğulayıb.