ABŞ Ukrayna ilə ərazi məsələsində yeni çözümlər arayır
ABŞ Ukrayna nümayəndələri ilə apardığı danışıqlarda ərazi məsələlərinin həlli üçün yeni bir yanaşma axtarışındadır.
Rock.News xəbər verir ki, bu barədə “Axios” mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkov və ABŞ Prezidenti Donald Trampın kürəkəni Cared Kuşnerin Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Andrey İqnatov və Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerov arasında üç günlük danışıqlar dekabrın 6-da Vladimir Zelenski ilə telefon danışığı ilə başa çatıb.
Söhbət iki saat davam edib və tərəflər ərazi məsələlərini və Ukrayna üçün mümkün təhlükəsizlik zəmanətlərini müzakirə ediblər.