ABŞ narkokartellərə qarşı mübarizəni Latın Amerikasında davam etdirəcək

ABŞ Latın Amerikasında narkotik kartellərinə qarşı mübarizəni davam etdirmək niyyətindədir.

Rock.News xəbər verir ki, bu barədə Pentaqon rəhbəri Pit Heqset Kaliforniyada təşkil edilən forumda çıxış edərkən bildirib.

“Bu narko-terrorçular yarımkürəmizin Əl-Qaidəsidir və biz Əl-Qaidə ilə mübarizə apardığımız eyni incəlik və dəqiqliklə onlarla mübarizə aparırıq. Biz onları izləyirik, öldürürük və xalqımızı kimyəvi silahlara bərabər ölümcül təsirə malik narkotiklərlə zəhərlədikləri müddətcə onları öldürməyə davam edəcəyik”, - müdafiə naziri qeyd edib.