S&P Azərbaycanda adambaşına ÜDM artımını proqnozlaşdırdı: Rəqəmlər Açıqlandı

“S&P Global Ratings” agentliyi Azərbaycan üzrə yeni ÜDM proqnozlarını açıqlayıb. Gözləntilərə görə, ölkədə adambaşına düşən ÜDM artacaq.

Rock.News xəbər verir ki, agentliyin proqnozlarına əsasən, 2026-cı ildə Azərbaycanda adambaşına düşən ÜDM 7,8 min ABŞ dolları təşkil edəcək. Bu göstərici 2027-ci ildə 8,2 min ABŞ dollarına, 2028-ci ildə isə 8,6 min ABŞ dollarına yüksələcək.

Agentlik eyni zamanda nominal ÜDM-in həcmi ilə bağlı proqnozları da açıqlayıb. Belə ki, 2026-cı ildə nominal ÜDM-in 80,7 milyard ABŞ dolları, 2027-ci ildə 85,1 milyard ABŞ dolları, 2028-ci ildə isə 89,6 milyard ABŞ dolları səviyyəsində olacağı gözlənilir.