Sinoptiklərdən XƏBƏRDARLIQ: Sabah rayonlarda LEYSAN, dağlarda ŞAXTALAR!

Dekabrın 7-də Azərbaycan ərazisində gözlənilən hava proqnozu açıqlanıb. Bəzi rayonlarda leysan, dağlıq ərazilərdə isə qar yağacağı ehtimalı var.

Rock.News xəbər verir ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi yerlərdə az çiskin olacağı, axşam isə arabir yağış yağacağı proqnozlaşdırılır. Mülayim şimal-qərb küləyi axşam şimal-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 8-11, gündüz 12-14 dərəcə isti olacaq. Atmosfer təzyiqi 767 mm civə sütunu, nisbi rütubət 75-85 % təşkil edəcək.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin səhər qərb rayonlarından başlayaraq bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının leysan xarakterli olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 2-7, gündüz 10-14 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 4-7 dərəcə isti olacaq.