Səfir Osmanov Timişoarada yeni əməkdaşlıq yollarını müzakirə etdi

Azərbaycanın Rumıniyadakı səfiri Qudsi Osmanov Timişoara şəhərində mer Dominik Frits ilə görüşüb. Görüşdə iki tərəfli iqtisadi əməkdaşlığın inkişafı və yeni əlaqələrin qurulması müzakirə olunub.

Rock.News xəbər verir ki, səfir şəhərin multikultural xarakterini və beynəlxalq əməkdaşlığa açıqlığını vurğulayıb. O, Timişoaranın 2023-cü ildə Avropanın Mədəniyyət Paytaxtı statusu almasının əhəmiyyətini qeyd edib.

Mer Dominik Frits Timişoaranın Azərbaycanla münasibətlərin möhkəmləndirilməsində maraqlı olduğunu bildirib. Səfər çərçivəsində Qüdsi Osmanov həmçinin "Müqəddəs Üç Hiyerarx" kilsəsini və "Inokentsiu Klein" Qocalar Evini ziyarət edib.