Qriqoryan: Vaşinqton razılaşması Ermənistan üçün "tarixi uğur" oldu
"Vaşinqton razılaşması böyük və tarixi uğur idi".
Rock.News xəbər verir ki, bu barədə Ermənistanın təhlükəsizlik şurasının katibi Armen Qriqoryan Qətərdə keçirilən “Doha Forumu”ndakı çıxışında bildirib.
Qriqoryan əlavə edib ki, hazırda onlar münaqişəni deyil, sülhü necə gücləndirə biləcəklərini müzakirə edirlər. O, region ölkələri ilə qarşılıqlı iqtisadi fəaliyyəti artırmağın Ermənistan üçün prioritet olduğunu vurğulayıb.