Merz İsrailə Xəbərdarlıq Etdi: İordan Çayının Qərb Sahilini İlhaq Etmə!

Almaniya kansleri Fridrix Merz İsraili İordan çayının Qərb sahilinin ilhaqına yönələn hər hansı addımdan, o cümlədən orada yeni yaşayış məntəqələrinin tikintisindən imtina etməyə çağırıb.

Rock.News xəbər verir ki, bu barədə məlumatı Almaniya hökumətinin mətbuat xidməti yayıb.

“Biz Fələstin dövlətçiliyinə gedən yolu açıq saxlamalıyıq. Ona görə də nə formal, nə siyasi, nə tikinti, nə də faktiki və digər tədbirlər kimi İordan çayının Qərb sahilinin ilhaqına səbəb ola biləcək heç bir addım atıla bilməz”, - Merz bildirib.

Kansler Yaxın Şərqdəki bu münaqişənin iki dövlətli həllini dəstəklədiklərini bir daha diqqətə çatdırıb.