Memar Frenk Geri 97 Yaşında Dünyasını Dəyişdi: Əfsanə Getdi
Amerikalı dünya şöhrətli memar Frenk Geri 97 yaşında vəfat edib. Onun ölümü memarlıq dünyasında böyük itki kimi qiymətləndirilir.
Rock.News xəbər verir ki, Geri Kaliforniyanın Santa-Monika şəhərindəki evində qısa müddətli tənəffüs xəstəliyindən dünyasını dəyişib.
Frenk Geri müasir memarlığın ən görkəmli simalarından biri sayılırdı və dekonstruktivizm cərəyanının əsas memarlarından hesab olunurdu. O, 1989-cu ildə memarlığın “Nobel mükafatı” sayılan Pritzker mükafatına layiq görülmüşdü.
Geriyə məxsus ən məşhur layihələr arasında Bilbao Guggenheim Muzeyi (1997), Los-Ancelesdə Walt Disney Konsert Zalının binası (2003) və Praqadakı “Rəqs edən Ev” (1995) xüsusi yer tutur.