İran və Misir XİN rəhbərləri Tehranın nüvə planlarını müzakirə etdi

İranın xarici işlər naziri Abbas Araqçi və misirli həmkarı Bədr Əbdül Əti telefon danışığında Tehranın nüvə proqramını müzakirə ediblər.

Rock.News xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyi məlumat yayıb. Nazirliyin rəsmi "Telegram" kanalında verilən açıqlamaya əsasən, söhbət zamanı İranın nüvə məsələsi əsas müzakirə mövzusu olub.

Tərəflər ikitərəfli münasibətləri və Yaxın Şərqdəki hadisələri də müzakirə ediblər. Xatırladaq ki, noyabrın 20-də BAEA-nın idarə heyəti İrandan zənginləşdirilmiş uran ehtiyatları və istismardan çıxarılan nüvə obyektləri barədə agentliyə məlumat verməsini tələb edən qətnamə qəbul edib.