İlham Əliyev Finlandiya Prezidentini təbrik etdi: Gələcək əməkdaşlıq vəd edildi

Prezident İlham Əliyev Finlandiya Respublikasının Prezidenti Aleksandr Stubbu təbrik məktubu göndərib.

Rock.News xəbər verir ki, məktubda iki ölkə arasında əlaqələrin dostluq və əməkdaşlıq zəminində inkişaf edəcəyinə inam ifadə olunub.

Dövlət başçısı həmkarını Finlandiya Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə təbrik edib, ona ən xoş arzularını çatdırıb və xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıb.